Bank Of Baku

Mixail Saakaşvili: “Gürcüstanda xaricdə yazılmış ssenarini həyata keçirməyə cəhd göstərilib” - FOTO

Mixail Saakaşvili: “Gürcüstanda xaricdə yazılmış ssenarini həyata keçirməyə cəhd göstərilib” - <font color=red>FOTO</font>
# 26 may 2011 11:09 (UTC +04:00)
APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, prezident Mixail Saakaşvili paradda çıxış edib. O, Gürcüstanın mütləq vahid və inkişaf etmiş ölkə olacağını deyib: “İyirmi illik müstəqillik az da deyil, çox da. Lakin hələ çox iş görülməlidir. Bizim əsas vəzifəmiz Gürcüstan ərazilərinin işğaldan tam azad edilməsi və birləşdirilməsidir. Bizim dözümümüz və inadımız göstərir ki, Gürcüstan mütləq vahid dövlət olacaq. Düşmənin fitnələrinə baxmayaraq, biz qalib gələcəyik. Ötən 20 ildə biz vətəndaş müharibəsindən, dağıntılardan, dəhşətlərdən keçmişik. Bu illər ərzində imperiyanı Gürcüstandan başlayaraq bərpa etmək istəyən və böyük hərbi qüvvələrə malik olan qonşu Rusiya Gürcüstanın müstəqilliyinə dəfələrlə qəsd edib. Buna rəğmən, Gürcüstan bu gün oturuşmuş dövlətdir. Biz öz müstəqilliyimizi əldən verməyəcəyik”.

M. Saakaşvili mayın 26-na keçən gecə paytaxtda baş vermiş kütləvi iğtişaşa da münasibət bildirib. O bəyan edib ki, Tiflisdə ölkə hüdudlarından kənarda yazılmış ssenarini həyata keçirməyə cəhd göstərilib: “Bu siyasi liderlər söz azadlığı yox, zorakılıq və qurbanlar istəyirdilər. Onlar polislə toqquşmalar zamanı ölümlərin baş verməsinə nail ola bilmədikdən sonra maşınla qaçarkən insanların üstündən keçdilər”.

Prezidentin çıxışından sonra hərbi parad başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR