Bank Of Baku

Gürcüstanda mitinq dağıdılarkən 2 nəfərin ölümünə səbəb olan şəxslər yaxalanıb

Gürcüstanda mitinq dağıdılarkən 2 nəfərin ölümünə səbəb olan şəxslər yaxalanıb
# 26 may 2011 12:37 (UTC +04:00)
Bakı – APA. Gürcüstanda mayın 26-na keçən gecə parlamentin binası qarşısındakı mitinq dağıdılarkən 2 nəfərin ölümündə günahlandırılan şəxslər yaxalanıb. APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyi “Xalq Yığıncağı” adlı müxalifət təşkilatının lideri, sabiq parlament sədri Nino Burcanadzenin köməkçisi İvan Çiqvinadze və N. Burcanadzenin sədrlik etdiyi “Demokratik Hərəkat” Partiyasının üzvü Zaxari Zuraşvilinin həbs edildiyini açıqlayıb.

Nümayişçilərin dağıdılmasından bir neçə dəqiqə əvvəl yüksək sürətlə Rustaveli prospektindən uzaqlaşan avtomobilləri məhz bu şəxslər idarə edib. Onların idarə etdiyi 2 “Jeep” polislərin və aksiya iştirakçılarının olduğu yerdən keçib. Nəticədə polis əməkdaşı Vladimir Masuraşvili və aksiya iştirakçısı Nodar Sxadadze ölüb, daha 4 polis yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR