Bank Of Baku

Serbiya prezidenti Bosniyada kütləvi qətllər törətdiyinə görə 15 ildir axtarılan Ratko Mladiçin yaxalandığını təsdiqləyib

Serbiya prezidenti Bosniyada kütləvi qətllər törətdiyinə görə 15 ildir axtarılan Ratko Mladiçin yaxalandığını təsdiqləyib
# 26 may 2011 13:41 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B. Tadiç bu bəyanatı Belqradda təcili olaraq keçirdiyi mətbuat konfransında səsləndirib. Bundan əvvəl bir sıra media orqanları anonim mənbələrə istinadən Serbiyada R. Mladiçə bənzəyən bir şəxsin yaxalandığı barədə xəbər yaymışdılar.

Serbiya hökuməti R. Mladiç və hərbi cinayətlərdə günahlandırılan digər şəxs – Qoran Haciçin saxlanılması üçün əlindən gələni etdiyini dəfələrlə bildirib. Q. Haciçin də Serbiya ərazisində gizləndiyi güman olunur. Serbiya hökuməti 2010-cu ilin oktyabrında Mladiç və Haciçin yeri barədə məlumata görə müvafiq olaraq 10 milyon və 5 milyon avro mükafat verəcəyini elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR