Bank Of Baku

Tiflis Məhkəməsi Nino Burcanadzenin həyat yoldaşının azadlığa buraxılması üçün 60 min dollar girov istəyib

Tiflis Məhkəməsi Nino Burcanadzenin həyat yoldaşının azadlığa buraxılması üçün 60 min dollar girov istəyib
# 01 iyun 2011 13:13 (UTC +04:00)
Bakı – APA. Tiflis şəhər Məhkəməsi prokurorluğun vəsatəti əsasında Nino Burcanadzenin həbs olunmuş həyat yoldaşı Badri Bisadze haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün gərəkli olan girov məbləğini müəyyənləşdirib. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Sərhəd Polisinin keçmiş rəhbəri B. Bisadzenin azadlığa buraxılması üçün tələb edilən girovun miqdarının 100 min lari (60 min dollar) olduğu açıqlanıb. Baş Prokurorluq bu məbləğin ödənib-ödənmədiyi və hazırda B. Bisadzenin harada olduğu haqda açıqlama verməyib.

B. Bisadze həyat yoldaşı N. Burcanadzenin rəhbərlik etdiyi “Xalq Yığıncağı” təşkilatının keçirdiyi qeyri-qanuni etiraz aksiyası zamanı mayın 26-na keçən gecə baş verən iğtişaşda iştirakda günahlandırılır. Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə ittiham olunan Bisadzeni 4 ildən 7 ilə qədər həbs gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR