Bank Of Baku

İtaliyada respublikanın yaranmasının 65 illiyinə həsr olunmuş parad keçirilib

İtaliyada respublikanın yaranmasının 65 illiyinə həsr olunmuş parad keçirilib
# 02 iyun 2011 14:50 (UTC +04:00)
Bakı-APA. Romada İtaliyanın birləşməsinin 150 illiyinə və İtaliya Respublikasının yaranmasının 65 illiyinə həsr olunmuş parad keçirilib. APA-nın məlumatına görə, tədbir “Naməlum əsgər”in abidəsinə əklil qoyulması mərasimi ilə başlayıb. Mərasimdə İtaliya prezidenti Corcia Napolitano və baş nazir Silvio Berluskoni iştirak edib. Romanın baş küçəsi Via dey Fori İmperiali keçirilən parad saat yarım davam edib. Paradda 5700 şəxs, 196 zirehli texnika, “Freççe trikolori” pilotaj qrupunun doqquz təyyarəsi iştirak edib. Paradı 40 ölkənin dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də izləyib. Paradda 80 ölkədən, həmçinin Azərbaycandan olan hərbçilər keçid ediblər.

Qeyd edək ki, müasir İtaliya birləşməzdən əvvəl bir sıra müstəqil dövlətlərdən ibarət olub. 1861-ci ildə bu dövlətlərin əsasında İtaliya Krallığı yaradılıb. İtaliyada monarxiya 1946-cı ilədək mövcud olub, həmin il ölkədə respublika üsul-idarəsi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR