Bank Of Baku

Bu gün Latviyada prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün Latviyada prezident seçkilərinin ikinci turu keçiriləcək
# 02 iyun 2011 14:58 (UTC +04:00)
Riqa-APA. Latviyada prezident postunun sahibi seçkilərin ikinci turunda müəyyənləşəcək. APA-nın məlumatına görə, bu gün keçirilmiş ilk turda namizədlərdən heç biri qalib gələ bilməyib. Bu səbəbdən bu gün seçkilərin ikinci turu keçiriləcək. Latviyada prezident parlamentdə keçirilən səsvermə yolu ilə seçilir. Hazırda ölkə prezidenti postu uğrunda hazırkı prezident Valdis Zatlers və sabiq bankir Andris Berzinış mübarizə aparırlar. Namizədlərdən heç biri ilk turda deputatların böyük əksəriyyətinin səsini qazana bilməyib. Seymdəki 5 fraksiyadan üçü bəyan edib ki, bu fraksiyaların üzvü olan deputatlar sərbəst şəkildə səs verəcəklər. İlk turda Zatlers 43, Berzinış 50 səs toplayıb. Namizədin qələbə çalması üçün minimum 51 səs toplaması lazımdır. Parlament üzvlərinin mövqeyinə prezident Zatlersin parlamentin oliqarxlardan asılı olduğunu iddia etməsi və Seymi buraxa biləcəyini söyləməsi təsir göstərib. Zatlersin qərarına görə, seçkilərin nəticələrindən asılı olmayaraq, ölkədə parlamentin buraxılmasına dair referendum keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR