Bank Of Baku

Aİ Rusiyanın tərəvəz qadağasını ədalətsiz sayır

Aİ Rusiyanın tərəvəz qadağasını ədalətsiz  sayır
# 03 iyun 2011 02:43 (UTC +04:00)
Bakı-APA. Avropa Komissiyası Rusiyanın Avropa İttifaqından tərəvəzin idxalına qadağa qoymasını qeyri-mütənasib addım sayır və Moskvadan izahat istəyir.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının nümayəndəsi Frederik Vensan jurnalistlərə bunları deyib ki, Avropa Komissiyası Rusiyanın hakim orqanlarına izahat tələb edən məktub göndərəcək.
“Qadağa 3 milyarddan 4 milyard avroya qədər vəsaitə şamil edilir. Məhz bu qədər tərəvəz və meyvəni Avropa İttifaqı il ərzində Rusiyaya ixrac edir", - Vensan deyib.
Xatırladaq ki, iyunun 2-dən etibarən Avropa İttifaqında istehsal olunan tərəvəz məhsullarının ölkə ərazisinə idxal edilməsini qadağan edib.
Artıq Rusiya ərazisinə keçmiş tərəvəz məhsulları isə satışa buraxılmayacaq.
Moskvada bu addım bir sıra Avropa ölkələrində, ilk növbədə Almaniyada kəskin bağırsaq infeksiyasının yayılması ilə izah olunur. Rusiya rəsmiləri deyirlər ki, xəstəliyinin əmələ gəlməsinin mənbəyi hələ aşkar edilməyib, amma infeksiyanın yayılmasının yollarından biri kimi tərəvəz məhsulları güman edilir.
Ekspertlərin fikrincə, Avropa tərəvəzinin qadağanı Rusiyanın daxili bazarında qiymətləri artıra bilər.
Avropa tərəvəzi Rusiyanın idxal etdiyi tərəvəzin təxminən 15-20 faizdir. Rusiya daxilində yeni məhsul vaxtıdır, odur ki, güclü qıtlıq və böyük qiymət artımı gözlənilmir.
Həmçinin boşalmış yeri MDB ölkələrindən, Türkiyədən, Çindən idxal nisbətən tuta bilər. Ekspertlər problemlərin qadağanın uzun müddət qalması təqdirdə görürlər. Yay bitəndən və daxili məhsul qurtarandan sonra Rusiyanın idxaldan asılılığı xeyli artır.
.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR