Bank Of Baku

Ratko Mladiçin məhkəməsi başlayıb

Ratko Mladiçin məhkəməsi başlayıb
# 03 iyun 2011 11:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, məhkəmə iclası dünyanın aparıcı xəbər kanalları tərəfindən canlı yayınlanır. General Mladiç suallara fəal şəkildə cavablar verir. Adını, soyadını, doğum tarixini söyləyən Mladiç çox xəstə olduğunu da deyib. Qohumları və Belqraddakı vəkili generalın müalicəyə ehtiyacı olduğunu söyləsələr də, həkim R. Mladiçin səhhətinin onun məhkəmə qarşısına çıxmasına əngəl olmayacağı yönündə rəy verib.

R. Mladiç proses zamanı ittiham aktı ilə tanış olmaq üçün əlavə vaxt istəyib. Bunu nəzərə alan hakim növbəti məhkəmə iclasının iyulun 4-də keçirilməsinə qərar verib. 11 maddəlik ittiham aktının 38 səhifə olduğu bildirilir. İşə 3 hakim – Kristof Flügge (Almaniya), Alfons Ori (Hollandiya) və Bakone Castis Moloto (CAR) baxır. General hələlik özünə vəkil tutmasa da, məhkəmə ona vəkil təyin edib.

Xatırladaq ki, R. Mladiç mayın 26-da Serbiyada yaxalanıb və mayın 31-də Haaqaya ekstradisiya olunub. O, 1992-1995-ci illərdə baş vermiş Bosniya müharibəsi zamanı insanlığa qarşı cinayətlərdə, Srebrenitsa şəhərində törədilmiş soyqırımda və etnik təmizləmə aparmaqda günahlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR