Bank Of Baku

Almaniya Yəməndəki səfirliyini bağlamaq barədə qərar qəbul edib

Almaniya Yəməndəki səfirliyini bağlamaq barədə qərar qəbul edib
# 05 iyun 2011 04:25 (UTC +04:00)
Bakı-APA. Almaniya hökuməti Yəmənin paytaxtı Səna şəhərində vəziyyətin gərgin olduğunu nəzərə alaraq həmin şəhərdəki səfirliyini bağlamaq barədə qərar qəbul edib.

APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN-in rəhbəri Gido Vestervelle məlumat yayıb. O, Yəməndə qalan 30 Almaniyalını öz təhlükəsizliklərini təmin etməyə çağırıb.

Xatırladaq ki. bir qədər əvvəl İtaliya hökuməti də Səna şəhərindəki səfirliyini bağlamaq barədə qərar qəbul edib.

Fransa hökuməti isə öz vətəndaşlarını Yəməni tərk etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR