Bank Of Baku

Almaniyada bağırsaq infeksiyasından ölənlərin sayı 21-ə yüksəlib

Almaniyada bağırsaq infeksiyasından ölənlərin sayı 21-ə yüksəlib
# 06 iyun 2011 09:57 (UTC +04:00)
Bakı – APA. Almaniyada təhlükəli bağırsaq infeksiyasından ölənlərin sayı 21-ə yüksəlib. APA-nın xəbərinə görə, bu barədə Almaniyanın N-24 telekanalı məlumat yayıb.

Bağırsaq infeksiyası ilk olaraq Almaniyanın şimalında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı artıq 10 Avropa ölkəsində bu infeksiyanın aşkarlandığını açıqlayıb. İsveçdə bu xəstəliyə yoluxanlardan biri ölüb. Əvvəlcə infeksiyanın İspaniyadan idxal edilən xiyardan qaynaqlandığı güman olunurdu. İndi isə mütəxəssislər Aşağı Saksoniyada yetişdirilən dənli bitkilərdən şübhələnir. Laborator araşdırmaların nəticələri iyunun 7-də bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR