Bank Of Baku

Türkiyə Qəddafiyə istədiyi ölkəyə getməkdə kömək etməyə söz verib

Türkiyə Qəddafiyə istədiyi ölkəyə getməkdə kömək etməyə söz verib
# 11 iyun 2011 03:55 (UTC +04:00)
Bakı-APA. Liviya lideri Müəmmər Qəddafi ölkəsini tərk etmək istərsə, Türkiyə rəhbərliyi ona zəmanət verməyə hazırdır.

Britaniya KİV-nin məlumatına görə, bu barədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

«Belə görünür ki, Qəddafinin ona verilmiş zəmanətlərdən istifadə edərək Liviyanı tərk etməkdən başqa çıxış yolu yoxdur. Biz bu zəmanətləri ona göndərdiyimiz nümayəndələr vasitəsilə vermişik. Qəddafiyə çatdırmışıq ki, ona seçdiyi istənilən ölkəyə getməkdə kömək edəcəyik. Qəddafidən alacağımız cavabdan asılı olaraq bu məsələni müttəfiqlərimizlə müzakirə edəcəyik. Təəssüf ki, hələ də ondan cavab almamışıq», deyə baş nazir bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR