Bank Of Baku

Türkiyədə keçiriləcək səsvermədə hakim Ədalət və İnkişaf Partiyasının qələbə çalacağı gözlənilir

Türkiyədə keçiriləcək səsvermədə hakim Ədalət və İnkişaf Partiyasının qələbə çalacağı gözlənilir
# 12 iyun 2011 03:54 (UTC +04:00)
Bakı-APA. Türkiyədə bu gün keçiriləcək parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbə çalacağı gözlənilir.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, güclənən iqtisadi inkişaf fonunda baş nazir Rəcəb Təyyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası parlamentdə yerlərin üçdə ikisinə sahib olacağını gözləyir. Bu, öz növbəsində partiyaya konstitusiyada dəyişikliklər aparmağa imkan verəcək.

AKP namizədi Volkan Bozkirin sözlərinə görə yeni konstitusiya ölkənin şərqində uzun müddətə muxtariyyət uğrunda mübarizə aparan kürdilər kimi etnik azlıqların hüquqlarını qoruyacaq.

Lakin Ərdoğanın tənqidçiləri onun ölkədə prezident respublikasına oxşar quruluş yaradaq hakimiyyəti əldə cəmləşdirmək istədiyini deyirlər. Ərdoğan həmçinin dövləti İslamçı əsaslara söykətməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR