Bank Of Baku

Türkiyədə həbsdə olan 9 nəfər millət vəkili seçilib

Türkiyədə həbsdə olan 9 nəfər millət vəkili seçilib
# 13 iyun 2011 09:34 (UTC +04:00)
APA-nın xəbərinə görə, “Ergenekon” işi üzrə həbs edilmiş tanınmış jurnalist Mustafa Balbay və məşhur alim, cərrah, Ankaradakı Başkənt Universitetinin qurucusu və keçmiş rektoru Mehmet Haberal Cümhuriyyət Xalq Partiyasının (CHP) siyahısından parlamentə düşüblər. M. Balbay İzmirdən, M. Haberal isə Zonquldağdan millət vəkili mandatı qazanıb.

“Balyoz” hərbi çevriliş planı ilə bağlı istintaq çərçivəsində həbs edilmiş istefada olan general Engin Alan Milliyyətçi Hərəkat Partiyasının (MHP) siyahısı üzrə İstanbuldan millət vəkili seçilib.

Etnik kürdlərin Barış və Demokratiya Partiyasının (BDP) namizəd göstərdiyi 6 məhbus da mandat əldə edib. Belə ki, PKK terror təşkilatının şəhərlərdəki mülki qərargahlarına qarşı keçirilən əməliyyat zamanı yaxalanan Xətib Diclə Diyarbəkirdən, Gülsər Yıldırım Mardindən, İbrahim Ayhan Şanlıurfadan, Kamal Aktaş Vandan, Səlma İrmak və Faysal Sarıyıldız isə Şırnakdan millət vəkili seçiliblər.

Bu şəxslər toxunulmazlıq hüquq əldə etdikləri üçün sərbəst buraxılmaları üçün məhkəməyə müraciət edəcəklər. Lakin məhkəmə müraciətləri təmin etməyə də bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR