Bank Of Baku

Türkiyənin yeni parlamentində sənətçilər, idmançılar, jurnalistlər və diplomatlar da var

Türkiyənin yeni parlamentində sənətçilər, idmançılar, jurnalistlər və diplomatlar da var
# 13 iyun 2011 13:26 (UTC +04:00)
Bakı – APA. Yeni formalaşan Türkiyə Böyük Millət Məclisində sənətçilər, idmançılar, jurnalistlər və diplomatlar da var. APA-nın xəbərinə görə, Türkiyə futbolunun ən məşhur simalarından olan “Qalatasaray”ın və milli komandanın keçmiş hücumçusu Hakan Şükür hakim Ədalət və İnkişaf Partiyasının (AKP) siyahısından millət vəkili seçilib. İstanbuldan seçilən H. Şükür yeni hökumətdə gənclər və idman naziri vəzifəsinə 2 namizəddən biridir. (Digər namizəd indiki idman məsələləri üzrə dövlət naziri Faruk Özakdır).

Məşhur müğənni Səbahat Akkiraz və saz-söz adamı Tolqa Çandar Cümhuriyyət Xalq Partiyasının (CHP) siyahısından parlamentə düşüblər. S. Akkiraz İstanbuldan, T. Çandar isə Muğladan millət vəkili seçilib.

AKP-yə çox yaxın olan “Star” qəzetinin iki köşə yazarı – Şamil Tayyar və Mehmet Mətinər də parlamentdə təmsilçilik hüququ qazanıb. Ş. Tayyar Qaziantep, M. Mətinər isə Adıyamandan AKP siyahısı üzrə mandat əldə edib.

AKP rəhbərliyi haqqında “bunlar anasını da satar” dediyi üçün nüfuzlu “Hürriyet” qəzetinin baş yazarı vəzifəsində uzaqlaşdırılmış təcrübəli jurnalist Oktay Ekşi isə CHP-dən millət vəkili seçilib. İstanbuldan seçilən O. Ekşi parlamentin ən yaşlı üzvü olduğu üçün TBMM-nin yeni tərkibdə ilk iclasını o açacaq.

Türkiyənin Azərbaycan və ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu da qanunverici orqanda ye tutanlardan biridir. Adanadan seçilən F. Loğoğlu CHP lideri Kamal Kılıçdaroğlunun xarici siyasət üzrə müşaviridir. CHP-nin xarici siyasət üzrə başqan müavini Osman Korutürk isə İstanbuldan millət vəkili seçilib.

Parlamentdə AKP-nin xarici siyasət üzrə əsas simalarından biri olacaq Volkan Bozkır da İstanbuldan mandat qazanıb. O, Türkiyə Nazirlər Kabineti aparatının Avropa Birliyi üzrə baş katibi vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR