Bank Of Baku

Rusiya Fransanın helikopter daşıyan qəmlərini almaq niyyətindədir

Rusiya Fransanın helikopter daşıyan qəmlərini  almaq niyyətindədir
# 15 iyun 2011 02:23 (UTC +04:00)
Bakı-APA. Moskva ilə Paris Rusiyanın Fransa istehsalı "Mistral" helikopter daşıyan hərbi gəmilərinin alınması ilə bağlı ilkin razılaşmanı imzalayıblar.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, helikopter daşıyan "Mistral" gəmilərinin satışı ilə bağlı Rusiya-Fransa danışıqları iki ildir davam edir. Fransa mətbuatında yayılan məlumata görə, söhbət 4 gəmidən gedir.
Onlardan ümumi dəyəri 1,2 milyard avro olan ilk 2 gəmi Fransada yığılmalıdır. Bu gəmilərin 2014 və 2015-ci illərdə hazır olacağı təxmin edilir. Daha 2 gəmi lisenziya əsasında Rusiyada yığılmalıdır.
Qeyd olunur ki, Rusiya Fransa arasında müvafiq danışıqlar elə də hamar getməyib. "Mistral" gəmilərində istifadə olunan texnologiyalar NATO standartlarına uyğunlaşdırılıb.
Rusiya bu gəmilərdə istifadə olunan texnologiyaların istehsal lisenziyasının ona verilməsini istəyirdi, söhbət hərbi məlumat-idarəetmə sistemi (Senit 9) və donanmanın idarəetmə sistemindən (SİC-21) gedir.
Fransa bu texnologiyaları verməkdən imtina edirdi.
Gəmilər Senit 9 sistemi ilə təchiz ediləcək, lakin birbaşa texnologiyalar Rusiyaya verilməyəcək.
Çox təyinatlı desant helikopter daşıyan "Mistral" gəmiləri qoşunların və yüklərin daşınmasında və həmçinin qərargah gəmiləri kimi də istifadə oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR