Bank Of Baku

Yunanıstanda keçirilən aksiyalarda etirazçılarla polis arasında qarşıdurma yaranıb

Yunanıstanda keçirilən aksiyalarda etirazçılarla polis arasında qarşıdurma yaranıb
# 15 iyun 2011 15:34 (UTC +04:00)
Bakı-APA. Yunanıstanda yaranan borc böhranına, ölkədə büdcə xərclərinin azaldılmasına etiraz olaraq başlayan aksiyalar davam edir. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, etirazçılar Afinada parlamentin binası ətrafında toplaşıblar. Polisin parlamentin binası yaxınlığında etirazçılara qarşı çox sərt davrandığı, gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. Əllərində taxta parçaları olan aksiyaçılar isə polisə hücum ediblər. Məlumatlara görə, etiraz edənlərin arasında gənclər çoxluq təşkil edir. Çoxlu sayda aksiya iştirakçısının saxlandığı açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR