Bank Of Baku

Yunanıstan müxalifətinin lideri ölkədə erkən seçkilər keçirməyə çağırıb

Yunanıstan müxalifətinin lideri ölkədə erkən seçkilər keçirməyə çağırıb
# 16 iyun 2011 02:53 (UTC +04:00)
Bakı-APA. Yunanıstan müxalifətinin lideri Antonis Samaras baş nazir Yorqos Papandreu ilə danışıqlardan sonra ölkədə erkən seçkilərin keçirilməsinə çağırıb. Danışıqlar zamanı tərəflər hakim Sosialist partiyası ilə müxalifətdəki mühafizəkarlardan ibarət koalisiya hökumətinin yaradılması məsələsində razılığa gələ bilməyiblər.

Papandreu ölkənin AB və BVF qarşısındakı iqtisadi öhdəliklərini dəstəkləyən Milli birlik hökumətini formalaşdırmaq üçün istefaya getməyə hazır olduğunu bildirib. Lakin müxalifət hökumətin iqtisadi siyasətini dəstəkləmədiyindən baş nazirin təklifi onları qane etməyib.

«Aydındır ki, indi yalnız Yunanıstan xalqı qərar qəbul edə bilər», deyə Samaras yerli telekanala bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR