Bank Of Baku

Çexiyada nəqliyyat işçiləri birgünlük tətil edirlər

Çexiyada nəqliyyat işçiləri birgünlük tətil edirlər
# 16 iyun 2011 03:56 (UTC +04:00)
Bakı-APA. Çexiyada bu gün nəqliyyat həmkarlar ittifaqlarının ümummilli tətili keçiriləcək.

Həmkarlar ittifaqları hökumətin büdcə islahatlarına, pensiya sisteminin islahatına və pensiya yaşının 65-ə çatdırılmasına qarşı çıxış edirlər.

Gecə saat 0.00-da başlamış tətil 24 saat davam edəcək. Praqa, Brno və digər iri şəhərlərdə ictimai nəqliyyat işləməyəcək.

Çexiya hökumətinin proqnozuna görə, birgünlük tətil ölkə iqtisadiyyatına 302 milyon kron (19 milyon dollar) ziyan vura bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR