Bank Of Baku

Hollandiya çoxmədəniyyətlilikdən imtina etmək qərarına gəlib

Hollandiya çoxmədəniyyətlilikdən imtina etmək qərarına gəlib
# 17 iyun 2011 19:56 (UTC +04:00)
Bakı-APA. Hollandiya hakimiyyəti çoxmədəniyyətlilik ideyasından imtina edir. Bu barədə ölkənin daxili işlər naziri Pit Heyn Donner bəyan edib.

«Dövlət çoxmədəniyyətli cəmiyyətlə bağlı sosial narazılığı paylaşır. Yeni inteqrasiya modelində holland xalqının dəyərləri mərkəzi yeri tuturlar. Bu dəyişiklik çoxmədəniyyətlilikdən uzaqlaşmağa yönəlmiş addımdır», deyə daxili işlər nazirinin ölkə parlamentinə göndərdiyi məktubda bildirilir.

Sənəddə qeyd olunur ki, Hollandiya ayrı-ayrı etnomədəni qrupların dəstəklənməsinə yönəlmiş subsidiyalardan imtina edərək vahid inteqrasiya siyasəti yürüdəcək: «Bu vacib addımdır, çünki əks halda cəmiyyətin müxtəlif qrupları bir-birindən asılı olmayaraq inkişaf edirlər və artıq heç kim Hollandiyada özünü evindəki kimi hiss etmir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR