Bank Of Baku

Portuqaliyada koalisiya hökuməti qurulub

Portuqaliyada koalisiya hökuməti qurulub
# 18 iyun 2011 02:53 (UTC +04:00)
Bakı-APA. Portuqaliyada Sosial-Demokrat Partiyasının lideri Pedro Passos Koelyonun başçılığı altında koalisiya hökuməti qurulub.

Bir gün əvvəl baş nazir vəzifəsinə təyin olunan Passos Koelyo prezident Anibal Kavako Silva ilə görüşünün ardından keçirdiyi mətbuat konfransında, koalisiya hökumətinin nazirlərinin siyahısını prezidentə təqdim etdiyini bildirib.

Sağ yönümlü Sosial-Demokrat Partiyası (PSD) ilə Xalq Partiyasının (CDS-PP) təşkil etdikləri hökumətdə 11 nazir vəzifəsi var. Bunlardan 8-i sosial-demokratlara, 3-ü isə Xalq Partiyasına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR