Bank Of Baku

Sürət qatarı sərnişin avtobusu ilə toqquşub

Sürət qatarı sərnişin avtobusu ilə toqquşub
# 18 iyun 2011 16:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Praqa-Münxen marşrutu ilə hərəkət edən sürət qatarı Çexiya ərazisində sərnişin avtobusu ilə toqquşub. APA-nın Çex İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, qəza hadisəsi Xrast qəsəbəsindəki dəmiryolu üzərindəki keçiddə baş verib. Hadisənin şahidi xəbər agentliyinə bildirib ki, avtobus keçid üzərindən hərəkət edərkən gözlənilmədən mühərriki sönüb. Sürücüsü sərnişinlərdən avtobusu tərk etmələrini tələb edib. Buna baxmayaraq, sürət qatarı avtobusun arxa hissəsinə dəyib və nəqliyyat vasitəsini özü ilə 50 metr sürüyərək aparıb.

Regional Xilasetmə Xidmətinin mətbuat katibi Lenka Ptaçkova isə deyib ki, hadisə nəticəsində avtobusun sürücüsü və qatarda olan bir qadın yaralanıb. Hər ikisinə tibbi yardım göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR