Bank Of Baku

Fransanın keçmiş dövlət katibi zorlama ittihamı ilə həbs olunub

Fransanın keçmiş dövlət katibi zorlama ittihamı ilə həbs olunub
# 20 iyun 2011 18:48 (UTC +04:00)
Bakı-APA. Fransada ölkənin dövlət qulluğu məsələləri üzrə keçmiş dövlət katibi Jorj Tron həbs olunub. APA-nın məlumatına görə, Tron zorlama ittihamı ilə tutulub.

16 il Drevey şəhərinin bələdiyyə rəisi olmuş Trona qarşı cinayət işi bu ilin mayında açılıb. Həmin vaxt bələdiyyə idarəsinin iki keçmiş qadın əməkdaşı Tronun onlara qarşı seksual xarakterli zorakılıq əməllərindən və zorlamadan şikayət ediblər. Zərərçəkmişlər 2007-2010-cu illərdə Tronun əməkdaşları olublar.

Tron 2010-2011-ci illərdə Fransanın dövlət katibi olub. O iqtidar partiyasının tərkibində Nikolya Sarkozinin rəqibi sayılan Dominik de Vilpenin tərəfdarlarından hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR