Bank Of Baku

İstanbul məhkəməsi millət vəkili seçilən “Ergenekon” məhbuslarının azadlığa buraxılmaqla bağlı şikayətlərini rədd edib

İstanbul məhkəməsi millət vəkili seçilən “Ergenekon” məhbuslarının azadlığa buraxılmaqla bağlı şikayətlərini rədd edib
# 23 iyun 2011 16:46 (UTC +04:00)
Bakı - APA. İstanbul 13-cü Cəza Məhkəməsi 12 iyun seçkilərində millət vəkili seçilən “Ergenekon” məhbusları - professor Mehmet Haberal və jurnalist Mustafa Balbayın azadlığa buraxılmaqla bağlı şikayətlərini rədd edib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, məhkəmənin sədri Köksal Şəngün şikayətin təmin olunmasına tərəfdar olsa da, səs çoxluğu ilə şikayətlərin qəbul edilməməsi qərara alınıb.

Məhkəmə sədri məhbusların qaçma və gizlənmə ehtimalı olmadığını nəzərə alaraq azadlığa buraxılmalarını istəyib. Məhkəmə heyəti isə bunu subyektiv fikir sayaraq, Mehmet Haberal və Mustafa Balbayın dövlət quruluşunu dəyişdirməyə cəhd kimi ağır cinayətlərdə ittiham olunduğunu əsas gətirib və şikayətləri rədd edib. Vəkillər bu qərardan daha yüksək instansiyaya şikayət verəcəklərini bildiriblər.

Qeyd edək ki, professor Mehmet Haberal və jurnalist Mustafa Balbay müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının siyahısı ilə millət vəkili seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR