Bank Of Baku

AŞPA üzv ölkələri səsvermə hüququnu 16 yaşa endirməyə çağırır

AŞPA üzv ölkələri səsvermə hüququnu 16 yaşa endirməyə çağırır
# 24 iyun 2011 15:14 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının son iş günündə Avropada gənclərin problemləri müzakirə olunub və bu mövzuda iki hesabat dinlənilib. APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA qəbul etdiyi hesabatında üzv dövlətlərdə bütün seçkilərdə səsvermə hüququnun 16 yaşa endirilməsini təklif edib və ölkələri bu istiqamətdə addımların atılmasının mümkünlüyünü araşdırmağa çağırıb.

Avropa Şurasına üzv olan əksər ölkələrdə səsvermə hüququ 18 yaşdan başlayır. Lakin 2007-ci ildə Avstriya ilk dövlət olaraq ölkədəki bütün seçkilər üçün səsvermə hüququnu 16 yaşa endirib. AŞPA bu addımın gənclərin siyasi proseslərdə daha fəal iştirakına yardım edə biləcəyini düşünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR