Bank Of Baku

İslandiyanın Avropa İttifaqına qəbulu barədə danışıqlar başlayıb

İslandiyanın Avropa İttifaqına qəbulu barədə danışıqlar başlayıb
# 27 iyun 2011 20:54 (UTC +04:00)
Bakı-APA. İslandiya və Avropa İttifaqı Brüsseldə ada dövlətinin Aİ-na daxil olmağı barədə danışıqlara başlayıblar. Bu barədə İslandiya XİN başçısı Essur Skarfedinsson məlumat verib.

Tərəflər bu gün danışıqlar sənədinin 35 fəslindən dördü üzrə məsləhətləşmələrə başlayıblar. Namizəd ölkənin İttifaqa daxil olmaq barədə sənədi imzalaması üçün bütün fəsillər üzrə danışıqlar başa çatmalıdır. Danışıqlar zamanı müxtəlif sahələrdə milli qanunvericiliyin Aİ qanunvericiliyi ilə uyğunluğu yoxlanılır.

Müşahidəçilərin fikrincə, İslandiyanın danışıqlarda əsas problemi balıqçılıqla bağlıdır. İslandiya skumbriya ovuna qoyulan kvotanı birtərəfli qaydada qaldıraraq Aİ ilə münaqişə yaradıb. Həmçinin Aİ və İslandiya balina ovu barədə zidd mövqelərdə dayanırlar.

Əhalisi 320 min nəfər olan İslandiya ötən il ölkənin iri bankları müflis olduqdan və ölkənin iqtisadi vəziyyəti pisləşdikdən sonra Avropa İttifaqına üzv olmaq üçün ərizə verib.

Müşahidəçilərin fikrincə, İslandiya 2013-cü ildə Avropa İttifaqına qəbul oluna bilər.

Avropa İttifaqına 27 dövlət daxildir: Belçika, Almaniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Avstriya, Portuqaliya, Sloveniya, Slovakiya, Finlandiya, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Latviya, Litva, Macarıstan, Polşa, Rumıniya, İsveç və Böyük Britaniya.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR