Bank Of Baku

Eduard Şevardnadze: “Abxaziya artıq heç vaxt Gürcüstanın bir bölgəsi olmayacaq”

Eduard Şevardnadze: “Abxaziya artıq heç vaxt Gürcüstanın bir bölgəsi olmayacaq”
# 28 iyun 2011 11:11 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze politoloq Mamuka Areşidzenin Abxaziyanın müstəqilliyinin tanınması barədə təşəbbüsünü müsbət qiymətləndirib. APA-nın xəbərinə görə, E. Şevardnadze “Asaval-dasavali” qəzetinə müsahibəsində bu təklifi ağlabatan adlandırıb.

Keçmiş prezidentin fikrincə, Abxaziya artıq heç vaxt Gürcüstanın adi bir bölgəsi olmayacaq: “Abxaziya ilə heç olmasa normal münasibətlər qurmaq olar. İstisna etmirəm ki, bu təklif qaçqınların dönüşü və birgə yaşayış üçün əsas təşkil edəcək. Buna 10-15 il tələb oluna bilər”.

Qeyd edək ki, M. Areşidzenin təklifinə əsasən Gürcüstan Abxaziyanın tanınmasının əvəzində Rusiya qoşunlarının ərazidən çıxarılması və qaçqınların öz yurdlarına dönməsini tələb edə bilər. Hakimiyyət bu təşəbbüsü qəti şəkildə rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR