Bank Of Baku

Gürcüstanda sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı cinayət işi qaldırılıb

Gürcüstanda sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı cinayət işi qaldırılıb
# 28 iyun 2011 11:29 (UTC +04:00)
Bakı – APA. Gürcüstan Baş Prokurorluğu sabiq müdafiə naziri, Gürcüstan Partiyasının həmsədri İrakli Okruaşviliyə qarşı cinayət işi qaldırıb. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, İ. Okruaşvili Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsi (qanunsuz silahlı birləşmə yaratmaq və ona başçılıq etmək) ilə ittiham olunur. Prokurorluq keçmiş nazir haqqında həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət edəcək.

Qeyd edək ki Gürcüstan Daxili İşlər Nazirliyi iyunun 23-də Gürcüstan Partiyası ilə əlaqəli olan mütəşəkkil cinayətkar dəstənin 8 nümayəndəsinin yaxalandığını açıqlayıb. Nazirlik vaxtilə DİN və Müdafiə Nazirliyində çalışmış bu şəxslərdən bəzilərinin istintaqa ifadələrinin videosunu və İ. Okruaşvili ilə telefon söhbətlərinin audioyazısını yayıb. Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Georgi Saataşvili istintaqa bildirib ki, İ. Okruaşvili 200 Rusiya xüsusi təyinatlısının müşayiəti ilə Gürcüstana qayıtmağa hazırlaşırmış. O, Cənubi Osetiya ilə sərhəddə yerləşən gürcü postlarını tərksilah etməyi, Qoru şəhərindəki administrasiya binasına və rayonun Karaleti kəndindəki hərbi bazaya hücum etməyi planlaşdırıb.

Gürcüstan Partiyasından bildirilib ki, videogörüntülər və audioyazı saxtalaşdırılıb, ittihamlar isə absurddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR