Bank Of Baku

Türkiyə Cümhuriyyət Xalq Partiyasının millət vəkilləri parlamentdə and içməyəcək

Türkiyə Cümhuriyyət Xalq Partiyasının millət vəkilləri parlamentdə and içməyəcək
# 28 iyun 2011 13:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu gün CHP mərkəzi orqanlarının və parlament fraksiyasının toplantısı keçirilib. Toplantılarda terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində həbs edilmiş və iyunun 12-də CHP-dən millət vəkili seçilmiş tanınmış jurnalist Mustafa Balbay və məşhur həkim, professor Mehmet Haberalın məsələsi müzakirəyə çıxarılıb.

CHP rəhbərliyi və millət vəkilləri məhkəmənin hər iki millət vəkilini azadlığa buraxmaqdan imtina etməsi ilə əlaqədar partiyanın atacağı addımları dəqiqləşdiriblər. CHP lideri Kamal Kılıçdaroğlu qəbul olunan qərarı elan edib. O, M. Balbay və M. Haberalın həbsdən buraxılmamasını qanunsuzluq və milli iradəyə hörmətsizlik adlandıraraq buna etiraz əlaməti kimi CHP millət vəkillərinin TBMM-də and içməyəcəklərini bildirib. CHP-dən yalnız parlamentin ən yaşlı üzvü qismində TBMM-nin ilk iclasını aparacaq Oktay Ekşi and içərək millət vəkili kimi fəaliyyətə başlayacaq. Digər CHP millət vəkilləri isə and içmədikləri üçün parlament komissiyalarında təmsil olunmayacaq və TBMM-nin iclas zalında otursalar belə müzakirələrə qatıla və səs verə bilməyəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR