Bank Of Baku

Yunanıstan paytaxtında nümayişçilərlə polis arasında toqquşma baş verib

Yunanıstan paytaxtında nümayişçilərlə polis arasında toqquşma baş verib
# 29 iyun 2011 13:47 (UTC +04:00)
Bakı – APA. Yunanıstanın paytaxtı Afinada, parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, minlərlə insanı parlament binasının qarşısından uzaqlaşdırmağa çalışan polis bu məqsədlə gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilərin parlamentə doğru yandırıcı bombalar atdığı xəbər verilir.

Qeyd edək ki, Yunanıstanda hökumətin dövlət xərclərini azaltmaq üçün həyata keçirdiyi tədbirlərə etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR