Bank Of Baku

Yaroslav Kaçinski qardaşının ölümündə Rusiyanı günahlandır

Yaroslav Kaçinski qardaşının ölümündə Rusiyanı günahlandır
# 01 iyul 2011 00:29 (UTC +04:00)
Bakı-APA. Ötən il Smolensk yaxınlığında təyyarə qəzasında həlak olan Polşa prezidenti Lex Kaçinskinin qardaşı Yaroslav Kaçinski qəzaya görə məsuliyyəti Moskvanın üzərinə qoyur.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, hazırda müxalif "Hüquq və ədalət" partiyasının rəhbəri olan Yaroslav Kaçinski Smolensk qəzasının araşdırması ilə bağlı öz tədqiqatını dərc edib.

Burada deyilir ki, əlaqədar orqanlar güclü dumana görə Smolensk aeroportunu bağlamalı idilər.

Bu baş vermədi, və araşdırmaya görə, "pilotları bilərəkdən ölümə göndəriblər".

Araşdırmada yerüstü xidmətlər, ilk növbədə dispetçerlər ittiham olunur. Ümumən Polşada tək müxalifət səviyyəsində yox, hökumət səviyyəsində də Smolensk qəzasının Rusiyada aparılan istintaqı ilə bağlı narazılıqlar səslənir.

Baş nazir Donald Tusk bildirib ki, Moskva qəza ilə bağlı bütün həqiqətləri açmır.

Öz növbəsində Moskvada bildirilir ki, qəzanın hərtərəfli və şəffaf araşdırılması aparılıb və burada Polşalı mütəxəssislər də işə cəlb olunub.

Araşdırmanın rəsmi qənaətinə görə, məsuliyyət təyyarənin pilotların üstünə düşür, belə ki onlar ehtiyat aerodroma enməmək qərarına gəliblər.

Polşa prezidenti Lex Kaçinski 2010-cu ilin aprelin 10-da Smolensk yaxınlığındakı Katına anım mərasiminə yollanmışdı.

Smolenskdəki hərbi aerodroma enmə zamanı prezidentin təyyarəsi qəzaya uğramışdı. Təyyarədə 96 adam var idi, onların hamısı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR