Bank Of Baku

Yunanıstan «Azadlıq donanması»na Qəzza zolağına doğru hərəkət etməyə icazə verməyib

Yunanıstan «Azadlıq donanması»na Qəzza zolağına doğru hərəkət etməyə icazə verməyib
# 01 iyul 2011 20:47 (UTC +04:00)
Bakı-APA. Yunanıstan hökuməti «Azadlıq donanması» humanitar konvoyuna daxil olan bir neçə gəmiyə Afina limanından Qəzza zolağına doğru hərəkət etməyə icazə verməyiblər.

«Vətəndaşların müdafiəsi naziri Xristos Papusisin qərarından sonra bu gün Yunanıstan və digər ölkələrin bayrağı altında olan gəmilərin yunan limanlarından Qəzza zolağı istiqamətinə çıxmasına icazə verilməyib», deyə Yunanıstan sahil mühafizəsi xidmətinin kommünikesində bildirilir.

Xatırladaq ki, «Azadlıq donanması» dünən və bu gün Qəzza zolağına doğru hərəkət etmək niyyətindəydi. Əməliyyatda 45 ölkədən 500-dək fəal iştirak etməli idi.

Donanma İsrailin Qəzza zolağını saxladığı mühasirəni yarmaq və ora humanitar yardım çatdırmaq istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR