Bank Of Baku

Danimarka Şengen zonası daxilində sərhəd məntəqələrini bərpa edib

Danimarka Şengen zonası daxilində sərhəd məntəqələrini bərpa edib
# 02 iyul 2011 04:49 (UTC +04:00)
Bakı-APA. Danimarkada ölkənin Şengen zonasının daxilindəki sərhədlərində daimi buraxılış məntəqələrini bərpa edən qanun təsdiq olunub.

Hökumət bu qanunu cinayətkarların və qeyri-qanuni mühacirlərin axınına qarşı qəbul edildiyini iddia edir.

Danimarkanın bu hərəkəti artıq Almaniya və Avropa Birliyinin rəhbərliyi tərəfindən sərt şəkildə pislənib. Avropa Birliyi sərhəd məntəqələrini Şengen zonasının daxilində sərbəst hərəkət etmə barədə qaydaların pozulması kimi qiymətləndirib.

Danimarkada qanunun əleyhdarları onu millətçilərə edilmiş güzəşt kimi dəyərləndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR