Bank Of Baku

Moskva NATO-nu Strateji Hücum Silahlarının İxtisarı haqda Müqavilədən çıxmaqla hədələyir

Moskva NATO-nu Strateji Hücum Silahlarının İxtisarı haqda Müqavilədən çıxmaqla hədələyir
# 04 iyul 2011 09:02 (UTC +04:00)
Bakı – APA. İyulun 4-də NATO-Rusiya Şurasının Soçidə keçiriləcək iclası çərçivəsində Moskva alyansı Strateji Hücum Silahlarının (SNV) ixtisarı haqda müqavilədən çıxmaqla hədələyəcək. APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti yazıb. Qəzetə məlumat verən mənbə deyib ki, Rusiya Avropada raket hücumundan müdafiə sistemi elementlərinin yerləşdirilməsi ilə bağlı detalların onunla razılaşdırılmasını tələb edəcək. Əks halda Rusiyanın öz hava-kosmik müdafiə sistemini yaradacağı, sərhəddə hərbi mövcudiyyətini artıracağı və SNV-dən çıxacağı bildirilir.

Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin bəyan edib ki, prezident Dmitri Medvedevlə NATO baş katibi Anders Foq Rasmussenin qarşıdakı görüşündə əsas müzakirə mövzusu Avropada raket hücumundan müdafiə
sisteminin yerləşdirilməsi məsələsi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR