Bank Of Baku

Rusiya və NATO raket hücumundan müdafiə məsələsi üzrə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər

Rusiya və NATO raket hücumundan müdafiə məsələsi üzrə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər
# 04 iyul 2011 13:37 (UTC +04:00)
Bakı – APA. Rusiya və NATO raket hücumundan müdafiə məsələsi üzrə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya-NATO Şurasının Soçidə keçirilmiş iclasının yekunlarına dair mətbuat konfransında NATO-nun baş katibi Anders Foq Rasmussen deyib. O, iclasda Rusiya tərəfinin və NATO-nun mövqeyini dinlədiklərini söyləyib.

Baş katib bildirib ki, raket hücumundan müdafiə sistemini 1 günə, hətta bir neçə aya yaratmaq mümkün deyil: “Biz əməkdaşlığı davam etdirəcəyik və dialoqu dərinləşdirəcəyik. Biz tərəqqi əldə etməyə çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR