Bank Of Baku

Britaniya Əfqanıstandan iri miqyaslı hərbi qüvvələrini çıxartmağı planlaşdırmır

Britaniya Əfqanıstandan iri miqyaslı hərbi qüvvələrini çıxartmağı planlaşdırmır
# 04 iyul 2011 19:42 (UTC +04:00)
Bakı-APA. Britaniyanın baş naziri Deyvid Kamerun bildirib ki, Britaniya Əfqanıstandan hərbiçiləri nisbətən az çıxaracaq.

APA-nın bbc.com sayta istinadən verdiyi xəbərə görə, Kamerun Əfqanıstana elan olunmayan səfərə gəlib. O Britaniya və ABŞ hərbiçiləri ilə görüşüb.

Baş nazir bildirib ki, Əfqanıstanda hərbi əməliyyatların yeni mərhələsi başlayır. Bu dəyişiklər müttəfiq qoşunların bir hissəsini ölkədən çıxartmağa imkan verəcək.

Lakin, Kamerun bəyan edib ki, Britaniya qoşunlarının nisbətən az sayda çıxarmasını planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR