Bank Of Baku

Stinq Qazaxıstana səfərini ləğv edib

Stinq Qazaxıstana səfərini ləğv edib
# 04 iyul 2011 23:29 (UTC +04:00)
Bakı-APA. Britaniya pop ulduzu Stinq Qazaxıstana konsert səfərini ləğv edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, o bununla bir neçə həftədir ki, tətil elan etmiş neftçilərə qarşı repressiyalara etiraz etdiyini deyib.

Öz internet səhifəsində yayığı bəyanatda Sting bildirib ki, əgər Astanada konsert versəydi Qazaxıstan prezidenti Nursultan Nazarbayevi dəstəkləmiş olardı.

Stinqin Qazaxıstan paytaxtı Astanada konserti bazar ertəsi keçirilməli idi.

Müğənni deyib ki, Amnesty International insan haqları qrupu ona Qazaxıstanda yüzlərlə neftçinin maaşların artırılması üçün tətil etdiyi və onlara təzyiqlər edildiyi barədə məlumat verib.

Stinq "repressiya və təzyiqləri" qəbuledilməz adlandırıb.

Minlərlə neftçi Qazaxıstanda mayın 26-da maaşlarının azaldıldığını iddia edərək tətilə çıxıb.

Polis icazəsiz etiraz aksiyalarında iştirak etdikləri üçün tətil edənləri saxlayıb.

Neft şirkəti KazMunayQazın nümayəndəsi 250 işçinin müqavilə şərtlərini pozduğu üçün işdən azad edildiyini deyib.

"Qazaxıstanın müsbət dəyişikliyə ümid edən qaz və neft işçiləri və onların ailələrinin bizim dəstəyimizə və beynəlxalq medianın diqqətinə ehtiyacı var" - müğənni öz bəyanatında belə söyləyib.

Bundan öncə isə konsertin qazaxıstanlı təşkilatçıları onun "təşkilati və texniki səbəblər üzündən" ləğv olunduğunu bildirib.

Keçmiş Sovet İttifaqının ən repressiv rejimlərindən biri kimi tanınan Özbəkistanda 2009-cu ildə konsert verəndən sonra Stinq təzyiqlərə məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR