Bank Of Baku

Avropa İttifaqı Serbiya-Kosovo razılaşmasının icrasına çağırıb

Avropa İttifaqı Serbiya-Kosovo razılaşmasının icrasına çağırıb
# 05 iyul 2011 02:15 (UTC +04:00)
Bakı-APA. Avropa Ittifaqı Serbiya və Kosovo arasında əldə edilmiş razılaşmanın şərtlərini tez zamanda icra etməyə çağırıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, razılaşma kosovoluların ilk dəfə olaraq Serbiyaya Kosovo sənədləri ilə keçməsinə imkan verəcək. Bundan əlavə, razılaşma Serbiyanın Kosovodan mülki vətəndaşların sənədlərini yoxlaması ilə əlaqədar yaranmış problemlərin ünvanlanmasını və təhsil sahəsində diplomların qarşılıqlı şəkildə tanınmasını nəzərdə tutur.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Aşton həftə sonu əldə edilmiş razılığı alqışlayıb. Onun sözlərinə görə, razılaşma Serbiya və Kosovonu Avropa İttifaqına yaxınlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR