Bank Of Baku

Türkiyədə yeni hökumətin tərkibi açıqlanıb – SİYAHI

Türkiyədə yeni hökumətin tərkibi açıqlanıb – <font color=red>SİYAHI</font>
# 06 iyul 2011 12:53 (UTC +04:00)
Bakı – APA. Türkiyədə iyunun 12-də keçirilmiş parlament seçkilərində 49,9% səs toplayaraq qələbə qazanan Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini prezident Abdulla Gülə təqdim edib. APA-nın xəbərinə görə, prezidentin təsdiqindən keçən yeni hökumətin tərkibi R. T. Ərdoğan tərəfindən mediaya açıqlanıb. Yeni tərkib aşağıdakı kimidir:

Rəcəb Tayyib Ərdoğan – baş nazir

Bülənt Arınç – baş nazirin müavini

Əli Babacan – baş nazirin müavini

Bəşir Atalay – baş nazirin müavini

Bəkir Bozdağ – baş nazirin müavini

Sadullah Ərgin – ədliyyə naziri

Fatma Şahin – Ailə və sosial siyasət naziri

Egemen Bağış – Avropa Birliyi naziri

Nihat Ərgün – elm, sənaye və texnologiya naziri

Faruk Çelik – əmək və sosial təminat naziri

Ərdoğan Bayraktar – ekologiya və şəhərsalma naziri

Əhməd Davudoğlu – xarici işlər naziri

Zəfər Çağlayan – iqtisadiyyat naziri

Taner Yıldız – enerji və təbii ehtiyatlar naziri

Suat Kılıç – gənclər və idman naziri

Mehdi Əkər – qida, kənd təsərrüfatı və heyvandarlıq naziri

Həyati Yazıcı – gömrük və ticarət naziri

İdris Naim Şahin – daxili işlər naziri

Cövdət Yılmaz – inkişaf naziri

Ərtoğrul Günay – mədəniyyət və turizm naziri

Mehmet Şimşək – maliyyə naziri

Ömər Dinçər – təhsil naziri

İsmət Yılmaz – müdafiə naziri

Veysəl Əroğlu – meşəçilik və su işləri naziri

Rəcəb Akdağ – səhiyyə naziri

Binəli Yıldırım – rabitə və nəqliyyat naziri.

Yeni tərkib parlamentdə keçiriləcək etimad səsverməsindən sonra rəsmən fəaliyyətə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR