Bank Of Baku

Gürcüstanda prezidentin şəxsi fotoqrafı da daxil olmaqla bir neçə fotomüxbir casusluq ittihamı ilə həbs edilib

Gürcüstanda prezidentin şəxsi fotoqrafı da daxil olmaqla bir neçə fotomüxbir casusluq ittihamı ilə həbs edilib
# 07 iyul 2011 10:25 (UTC +04:00)
APA-nın “Qruziya Online” xəbər portalına istinadən verdiyi məlumata görə, prezidentin şəxsi fotoqrafı İrakli Gedenidze, onun həyat yoldaşı Natiya Gedenizde, Xarici İşlər Nazirliyinin fotoqrafı Giorgi Abdaladze, “Associated Press” agentliyinin fotomüxbiri Şaxa Ayvazova saxlanılıb. Fotomüxbir Zurab Kurtsikidzenin də saxlanıldığına dair xəbər yayılıb. Onların hansı səbəblə saxlanıldığı barədə hələlik rəsmi açıqlama verilməyib. Lakin “Qruziya Online” saxlanılan şəxslərin casusluq ittihamı ilə həbs edildiyini bildirib.

Fotoqrafların evlərində axtarış aparılıb, kompüterləri, mobil telefonları və digər şəxsi əşyaları müsadirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR