Bank Of Baku

Hollandiya Əfqanıstana əlavə hərbi birləşmə göndərib

Hollandiya Əfqanıstana əlavə hərbi birləşmə göndərib
# 08 iyul 2011 01:42 (UTC +04:00)
Baku-APA. Niderland krallığı Əfqanıstana 160 nəfərdən ibarət əlavə hərbi birləşmə göndərib. Bu barədə ölkənin müdafiə naziri Hans Hillen məlumat verib.

Göndərilən qrupun vəzifəsi Qunduz əyalətində əfqan polislərinə təlim keçirilməsidir.

Niderland NATO-ya Əfqanıstanda 1600 nəfərlik hərbi birləşmə saxlamağa söz versə də, ölkə rəsmilərinin fikrincə, krallıq 2014-cü ilədək döyüş bölgəsinə 545 nəfər göndərə biləcək. Səbəb isə hökumətin hərbi missiyanın genişləndirilməsi proqramını təsdiq edə bilməməsidir. İndiyədək Əfqanıstanda 24 holland əsgəri həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR