Bank Of Baku

News of the World qəzeti qalmaqalı davam edir

News of the World qəzeti qalmaqalı davam edir
# 09 iyul 2011 00:07 (UTC +04:00)
Bakı-APA. News of the World qəzetinin heyəti bazar günü sonuncu dəfə çap olunduqdan sonra qəzetin nəşrinin dayanacağı xəbərini şokla qarşılayıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, 168 ildir ki, dərc olunan tabloyd cinayət qurbanlarının, məhşurların və siyasətçilərin telefonlarını gizli dinləməkdə ittiham olunur. Polis telefonu dinlənilən mümkün 4 000 adamı müəyyən edib.

Leyboristlər partiyasının lideri Ed Miliband Devid Kameronu News of the World qəzetinin keçmiş redaktoru Endi Kulsonu əvvəllər kommunikasiya direktoru olaraq işə götürdüyü üçün ittiham edir.
London polisi qəzetin keçmiş redaktoru Endi Kulsonun həbs olunduğunu bildirib. Polisin bəyanatında deyilir ki, Kulson korrupsiya və telefonların dinlənilməsi ittihamları ilə həbs olunub.
Kulsonun özü telefon dinlənməsində heç bir iştirakı olmadığını deyir.
2007-ci ildə News of the World qəzetinin kral ailəsi üzrə redaktoru Klive Qudman və özəl təhqiqatçı Qlenn Mulcaire kral ailəsi köməkçilərinin telefonlarına qoyulmuş mesajları dinləmək ittihamı ilə həbs olunublar.
Britaniya Baş naziri Devid Kameron qalmaqalla bağlı mətbuat konfransı keçirib. O, hakimin idarəçiliyilə istintaq sorğusunun keçiriləcəyini elan edib.
O, özünün Endi Kulsonu kommunikasiya direktoru təyin etmək qərarını müdafiə edib. Kulson sonralar bu vəzifədən istefa vermişdi.
Baş Nazir Devid Kameron mətbuat etikası ilə bağlı da istintaq sorğusu keçiriləcəyini bildirib.
Kulsonun London polis idarəsində sual-cavab ediləcəyi gözlənilir.
O, Kulsonun qəzetdə işlədiyi zaman telefonların dinlənməsindən xəbərsiz olduğunu dediyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR