Bank Of Baku

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının millət vəkilləri parlamentdə and içib

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının millət vəkilləri parlamentdə and içib
# 11 iyul 2011 14:45 (UTC +04:00)
APA-nın xəbərinə görə, Cəmil Çiçək TBMM sədri seçildikdən sonra CHP ilə iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) arasında aparılan danışıqlar bu gün müsbət nəticələnib. CHP-nin 133 millət vəkili parlamentin 11 iyul tarixli plenar sessiyasının əvvəlində and içərək millət vəkili kimi rəsmən fəaliyyətə başlayıb.

Xatırladaq ki, “Ergenekon” işi ilə bağlı istintaq çərçivəsində həbs edilmiş Mustafa Balbay və Mehmet Haberal CHP-dən millət vəkili seçildikdən sonra azadlığa buraxılmadığı üçün CHP andiçmə mərasiminə qatılmayacağını açıqlamışdı. AKP ilə əldə edilən razılığa əsasən yaxın aylarda parlamentdə Konstitusiya dəyişikliyi həyata keçirilərkən həbsdəki millət vəkillərinin buraxılması məsələsi də nəzərə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR