Bank Of Baku

Livan üzrə xüsusi tribunal Rafiq Həririnin qətlində günahlandırılan şəxslərin həbsinə order verib

Livan üzrə xüsusi tribunal Rafiq Həririnin qətlində günahlandırılan şəxslərin həbsinə order verib
# 11 iyul 2011 22:55 (UTC +04:00)
Bakı-APA. BMT-nin Livan üzrə xüsusi tribunalı (LXT) bu ölkənin keçmiş baş naziri Rafiq Həririnin qətlində günahlandırılan şəxslərin həbsinə order verib. Bu barədə LXT-nin mətbuat xidmətindən məlumat verilib. Müvafiq göstərişi hakim Daniel Fransen imzalayıb. Tribunal artıq İnterpola orderlərin verilməsi ilə bağlı bütün dövlətləri xəbərdar etmək xahişi ilə müraciət edib.

İyunun 30-da Livan rəsmilərinə verilmiş ittiham aktının mətni və müqəssirlərin adları gizli saxlanılır. Lakin mənbələrin məlumatına görə, söhbət «Hizbullah» qruplaşmasının hərbi qanadının üzvlərindən gedir. Onların arasında Mustafa Bədrəddin, Səlimə Ayşə, Əbdül Məcid Qamluş və Həsən İsanın adları var.

Livan üzrə xüsusi tribunal öz işinə 2009-cu il martın 1-də Haaqada başlayıb. Tribunalı BMT 2005-ci il fevralın 14-də Beyrutda qətlə yetirilmiş Rafiq Həririnin qətlə yetirmiş şəxsləri cinayət məsuliyyətinə cəlb etmək üçün təsis edib. Sui-qəsd nəticəsində baş nazirdən əlavə 22 nəfər də həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR