Bank Of Baku

Avropa böhranı Asiyaya təsir edib

Avropa böhranı Asiyaya təsir edib
# 13 iyul 2011 02:29 (UTC +04:00)
Bakı-APA. Yunanıstanda tüğyan edən kredit böhranının İtaliya ilə İspaniya keçəcəyindən narahatlıq yaşayan Asiya bazarlarında səhmlərin dəyərdən düşməsinə gətirib çıxarıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Yaponiyanın Nikkei indeksi 1,5, Honkonqun Hang Seng göstəricisi isə 2 faizədək enib.
Son günlər Avropa bazarlarında indeks göstəricələrinin kəskin şəkildə enişi müşahidə olunub.
Əsas zərbə İtaliyanın payına düşərək bu ölkənin maliyyə sisteminə güclü təsir göstərib. Bələ ki, Milan birjası 4 faizlik enişlə bağlanılıb.
İtaliya ilə yanaşı iqtisadi təlatümlər yaşayan Yunanıstan, İrlandiya və İspaniyada qiymətli kağızlar dəyərini itirib.
Avropanın maliyyə nazirləri kredit böhranının qarşısını almaq üçün yeni addımların atılacağını vəd ediblər.
Əldə olunmuş razılıq 2013-cü ildən 700 milyard avroluq daimi sabitləşdirmə mexanizminin tətbiqini nəzərdə tutur.
"Yunanıstan böhranının avrozonadakı İtaliya və İspaniya kimi digər ölkələrə keçməsi ehtimalı artıq əvvəlkidək əsassız görünmür"
Əsas təhlükəni Yunanıstan böhranının maliyyə çətinliklərilə üzləşmiş başqa ölkələrə yayılması təşkil edir. Hazırda böhran əlamətləri İtaliya, İspaniya, Portuqaliya və İrlandiyada müşahidə olunmaqdadır.
Beynəlxalq Valyuta Fondunun başçısı Kristin Lagarde Yunanıstana ikinci yardım paketi şərtlərinin müzakirəsini "erkən" adlandırıb.
Bu arada Yunanıstanın baş naziri problemlərin qlobal çözümünün axtarışına çağırıb.
“Təməl problemlərimizin ciddi həllinin öhdəsindən gəlmək və ittifaqın dağılmasının önlənilməsi niyyətimizi açıqlayan vahid qərarlar paketinin yaradılması vaxtı gəlib çatıb”, - deyilir baş nazir George Papandreou-nun Avropa maliyyə nazirləri qrupunun başçısına göndərdiyi məktubda.
Natixis investisiya bankından analitik Jean-Francois Robin Avropanın ən ağır maliyyə böhranından keçdiyini bildirir.
“Yunanıstan böhranının avrozonadakı İtaliya və İspaniya kimi digər ölkələrə keçməsi ehtimalı artıq əvvəlkidək əsassız görünmür”, - deyib təhlilçi.
İtaliya hökuməti, Yunanıstanda olduğu kimi, borcların azaldılmasına dair təcili plan hazırlamaqdadır.
Sərt qənaət siyasəti 2014-cü ilədək 48 milyardlıq büdcə ixtisarını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR