Bank Of Baku

ATƏT-in vasitəçilik və dialoq imkanlarının genişləndirilməsinə həsr olunmuş ekspert görüşü keçirilib

ATƏT-in vasitəçilik və dialoq imkanlarının genişləndirilməsinə həsr olunmuş  ekspert görüşü keçirilib
# 13 iyul 2011 08:50 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. ATƏT-in Vyanadakı baş ofisində vasitəçilik və dialoq imkanlarının genişləndirilməsinə həsr olunmuş ekspert görüşü keçirilib. APA-nın ATƏT-in mətbuat xidmətinə isitnadən verdiyi məlumata görə, tədbir ATƏT-in hazırkı sədri Litva Xarici İşlər Nazirliyi, Münaqişələrin Önlənməsi Mərkəzi və İsveçin ATƏT-dəki nümayəndə heyəti tərəfindən birgə təşkil olunub.

ATƏT ekspertləri münaqişələrin qarşısnın alınması, böhranın tənzimlənməsi və münaqişədən sonrakı reabilitasiya məsələlərini müzakirə ediblər. ATƏT-in açıqlamasında deyilir ki, təşkilat hələ 90-cı illərin əvvələrindən Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropada vasitəçilik və dialoq təşəbbüslərinə müxtəlif səviyyələrdə cəlb edilib və bu istiqamətdə davamlı səylər göstərir. Tədbir iştirakçıları belə qənaətə gəliblər ki, ATƏT-in vasitəçilik imkanlarının gücləndirilməsi nəticə etibarilə qurumun sülhyaratma missiyalarına töhfə verə bilər. Ekspertlər ATƏT sədarətinə, xüsusi təmsilçilər və səhra nümayəndlərinə konkret yardım təkliflərini nəzərdən keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR