Bank Of Baku

Əhməd Davudoğlu: «Avropa Birliyi-Türkiyə münasibətləri dona bilər»

Əhməd Davudoğlu: «Avropa Birliyi-Türkiyə münasibətləri dona bilər»
# 13 iyul 2011 17:55 (UTC +04:00)
Bakı-APA. “Ankara və Avropa Birliyi ilə əlaqələri dona bilər”. Bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Türkiyə xarici işlər nazirinin sözlərinə görə bu yunan Kiprinin təkbaşına, yəni adanın türkləri olmadan Avropa Birliyinə sədrlik etməsi halında baş verə bilər.
«Yunan Kipri müzakirələri gecikdirərək, 2012 ilin iyulunda Avropa Birliyi sədrlik postuna təkbaşına gələrsə, bu yalnız adada mübahisələrin həll edilməsinə mənfi təsir göstərməz, eləcə də Avropa Birliyi Türkiyə münasibətlərindəki durğunluğu, donma nöqtəsinə gətirib çıxara bilər. Biz Cənubi Kipr hökumətinin hər hansı bir həll yolu tapılmadan Avropa Birliyinə sədrlik etməsi halında Türkiyə və AB arasında münasibətlərin davam edə biləcəyini düşünmürük». Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu belə deyib.
Davudoğlu həmçinin Cənubi Kiprin AB-yə rəhbərliyi dövründə adanın yunan rəhbərliyi ilə müzakirələr aparmaq fikrində olmadıqlarını və məsələnin bu vaxta qədər həll edilməli olduğunu qeyd edib. Xatırladaq ki, yunanlar və türklər arasında hazırda bölünmüş halda olan adanın birləşməsi istiqamətində hələ 2004-cü ildə referendum keçirilmiş, türklər adanın birləşməsinin lehinə səs verdikləri halda yunanlar səsvermədə buna etiraz etmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR