Bank Of Baku

Türkiyə Böyük Millət Məclisinin komissiyalarına sədrlər seçilib

Türkiyə Böyük Millət Məclisinin komissiyalarına sədrlər seçilib
# 15 iyul 2011 08:31 (UTC +04:00)
APA-nın TBMM-ə istinadən verdiyi məlumata görə, əvvəlki çağırış parlamentdə təmsil olunan 3 komissiya sədri yenidən həmin posta seçilib. Bunlar Ədalət Komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasından (AKP) Ankara millət vəkili Əhməd İyimaya, Konstitusiya Komissiyasının sədri, AKP İstanbul millət vəkili Burhan Kuzu, Səhiyyə, Ailə, Əmək və Sosial İşlər Komissiyasının sədri, AKP Ankara millət vəkili Cevdet Erdöldür.

Seçimlər nəticəsində millət vəkili Oğuz Kağan Köksal Milli Müdafiə Komissiyasının, Ayhan Səfər Üstün İnsan Haqlarının Araşdırılması Komissiyasının, Erol Kaya Ekologiya Komissiyasının, Muammer Gülər Daxili İşlər Komissiyasının, Volkan Bozkır Xarici İşlər Komissiyasının, Əzizə Sibel Könül Qadın-Kişi Bərabərliyi Komissiyasının, Nabi Avçı Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının, İdris Güllücə Daşınmaz Əmlak, Tikinti, Nəqliyyat və Turizm Komissiyasının, İbrahim Yigit Kənd Təsərrüfatı, Meşə və Kənd İşləri Komissiyasının, Mücahit Fındıklı Sənaye, Ticarət, Enerji, Təbii Qaynaqlar, Bilgi və Texnologiya Komissiyasının, Mehmet Daniş Ərizə Komissiyasının, Lütfi Elivan Plan və Büdcə Komissiyasının, Fəxrəddin Poyraz KİT Komissiyasının, Mehmet Tekelioğlu isə Avropa Birliyi Əməkdaşlığı Komissiyasının sədri seçilib.

Komissiya sədrlərinin hamısı Ədalət və İnkişaf Partiyasından parlamentə seçilmiş millət vəkilləridir.

Komissiyaların sədr müavinlərinin də seçkisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR