Bank Of Baku

Əlaqə qrupunun üzvləri Liviyaya dair «yol xəritəsi»ni qəbul ediblər

Əlaqə qrupunun üzvləri Liviyaya dair «yol xəritəsi»ni qəbul ediblər
# 15 iyul 2011 21:58 (UTC +04:00)
Bakı-APA. Liviya üzrə əlaqə qrupunun üzvləri bu ölkələ atəşin dayandırılması şərtlərinə dair qətnamə qəbul ediblər.

Qətnamədə Tripolinin müxalifətçilərlə danışıqlar aparmasının şərti kimi Müəmmər Qəddafinin istefaya getməsi göstərilir.

Əlaqə qrupunun üzvləri müxalifətçi Milli şuranı Liviyanın yeganə qanuni hökuməti kimi tanıyıblar. Bununla bağlı onlar şuranı ölkənin keçid hökumətini formalaşdırmağa çağırıblar.

Əlaqə qrupu Milli şuraya təcili maliyyə yardımı göstərmək barədə qərar qəbul edib. Belə ki, Türkiyə şuraya 200 milyon dollar, Qətər - 100 milyon dollar, Bəhreyn - 5 milyon dollar, İtaliya - 250 milyon avro və 100 milyon avroluq yanacaq vermək qərarına gəliblər.

Təsdiqlənməmiş məlumatlara görə, Fransa Liviya müxalifətinə 250 milyon dollar ayıra bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR