Bank Of Baku

Dünyada nəsli kəsilmiş hesab edilən “Leopard sazanı” Türkiyədə tapılıb

Dünyada nəsli kəsilmiş hesab edilən “Leopard sazanı” Türkiyədə tapılıb
# 27 iyul 2011 15:14 (UTC +04:00)
Sevil Zeynalqızı-APA. Dünyada ən nadir canlılardan biri olan və nəsli kəsilmiş hesab edilən “Leopard sazanı” balığı (Luciobarbus subquincunciatus) bu günlərdə Türkiyənin Hasankeyf ərazisində yenidən tapılıb. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Hasankeyfdə qəssablıqla məşğul olan Süleyman Ağaldayın tutduğu bu balıq alimlərin böyük marağına səbəb olub. Balıqçı tilovuna ölü halda düşən balığı Doğa Dərnəyinin mütəxəssislərinə verib. Mütəxəssislər nəslinin kəsilmiş hesab olunduğu “Leopart sazanı”nın hələ də Dəclə çayında yaşadığını bildiriblər.
Qeyd edək ki, dünyada yalnız Dəclə və Firat çaylarında olan “Leopart sazanı” uzun illər digər ölkələrdə də axtarılıb. Amma araşdırmaların nəticəsində onun artıq bir çox ölkələrdə nəslinin kəsildiyi üzə çıxıb. Alimlərin ən nadir balıqlardan biri olduğunu söylədikləri “Leopard sazanı” 30 santimetr uzunluğundadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR