Bank Of Baku

Kipr prezidenti bütün nazirlərin istefasını tələb edəcək

Kipr prezidenti bütün nazirlərin istefasını tələb edəcək
# 27 iyul 2011 23:43 (UTC +04:00)
Bakı-APA. Kipr prezidenti Dimitris Xristofias ölkədəki siyasi və iqtisadi problemlər fonunda hökumətdə dəyişikliklər edəcək. Bu barədə Kipr hökumətinin rəsmisi Stefanos Stefanu bildirib.

Prezident bu gün dəyişikliklər barədə elan etməlidir. Stefanunun sözlərinə görə, Xristofias bütün nazirlərin istefasını tələb edəcək. Ölkə konstitusiyasına görə, hökumətin başçısı prezidentdir.

Kiprdəki böhran iyulun 11-də ölkədəki hərbi-dəniz bazasındakı partlayışla başlayıb. Nəticədə 13 nəfər həlak olub və ölkənin energetik infrastrukturuna ciddi zərbə dəyib. Partlayışın ardınca yüksək rütbəli rəsmilərin istefası başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR